image-osimhen-e-dev-cagri-manchester-united-a-gel-19701000_6586_ampbackend

Derbi öncəsi “Qalatasaray”da ŞOK: Viktor Osimhen olmayacaq

“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen zədəsini sağaltmağa başlasa da, klubun tibb heyəti futbolçunun oyuna çıxması ilə bağlı ciddi xəbərdarlıq edib.

Referans Media xəbər verir ki, futbolçu son məşqlərdə komanda ilə birlikdə çalışsa da, onun Super Liqada keçiriləcək “Gənclərbirliyi” matçında oynayıb-oynamayacağı hələ dəqiq deyil.

Klub həkimlərinin məlumatına görə, futbolçunun tam hazır olmadan meydana çıxması xüsusilə yaxınlaşan “Fənərbaxça” derbisi baxımından risk yarada bilər. Ən böyük narahatlıq isə mümkün zədənin daha da ağırlaşması ehtimalıdır.

Tibb heyəti futbolçu üçün xüsusi qoruyucu bandaj hazırlayıb. Buna baxmayaraq, texniki heyətin Osimheni ehtiyatla istifadə etməsi gözlənilir.

Məlumata görə, Osimhen məşqlərə qayıtmaq istəsə də, tam hazır olmadığı üçün “Gənclərbirliyi” matçında yalnız ehtiyat oyunçu kimi yer ala və ya ümumiyyətlə istirahət edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki