Dermatoloqdan xəbərdarlıq: Günəş yanığına qarşı bu addımları atın

  Yayda artan günəş şüaları və istilik dəridə quruluq, ləkə və erkən qocalmaya səbəb ola bilər.

Referans  sağlam dəri üçün lazım olanları təqdim edir:

Nələrə diqqət edilməlidir?

Günəşdən qorunma: Ən az SPF 30 qoruyucu krem istifadə edin, hər 2-3 saatdan bir təkrarlayın.

Günəşə məhdud çıxış: 10:00–16:00 arasında birbaşa günəş altında qalmayın, şapka və eynəkdən istifadə edin.

Nəmləndirmə: Gündəlik 2 litr su için, duşdan sonra su tərkibli nəmləndirici istifadə edin.

Ləkələrin qarşısı: Ləkəyə meyilli dərilər üçün SPF 50+ və antioksidant serumlar faydalıdır.

Qidalanma: Rəngli tərəvəzlər, meyvələr və Omega-3 ilə zəngin qidalar dərini qoruyur.

Hovuz və dənizdən sonra: Duz və xlor dərini qurudur, buna görə üzdükdən sonra durulanmaq və nəmləndirici çəkmək vacibdir.

Qeyd: Günəşdən düzgün qorunmaq həm estetik, həm də ümumi sağlamlıq üçün uzunmüddətli fayda gətirir. (pravda.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki