image-mkibackend

Dərsə gedən məktəblini it dişlədi – YENİLƏNİB

Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son vəziyyəti məlum olub.

Referans Media-nın xəbərinə görə, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2026-cı il tarixində saat 08:30 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.

***

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb.

Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib və quduzluğa qarşı zərdab vurulub.

Qeyd edək ki, son vaxtlar rayonda itqapma ilə bağlı xəstəxanaya müraciət edən insanların sayının artdığı bildirilir. Martın 10-da da Biləsuvarda 1974-cü il təvəllüdlü bir kişinin əlini it qapmış, nəticədə barmağı amputasiya olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki