Hər il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə adətən yanvar ayının əvvəlində təqdim olunur.
Bu baxımdan, 2026-cı ildə keçiriləcək imtahanların tarixlərinin də yaxın günlərdə açıqlanacağı ehtimal edilir. Bəs 2026-cı ildə keçiriləcək imtahanların tarixi nə zaman elan ediləcək?
Referans Media-ya DİM-dən verilən məlumata görə, imtahanların qrafiki bu ay ərzində elan olunacaq. Mərkəzdən bildirilib ki, hələlik konkret gün və ya həftə dəqiqləşdirilməyib.























