backend

DİN ötən gün aşkarladığı silah-sursatın sayını açıqladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 7 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki