Son dövrlər Azərbaycanda saatlıq əməkhaqqına keçid məsələsi olduqca aktualdır. Bəzi xarici ölkələrin təcrübəsində özünü göstərən bu üsul Azərbaycan üçün də radikal dəyişiklik ola bilər.
Bəs bu dəyişiklik baş tutarsa, vətəndaşlar üçün hansı mənfi və müsbət tərəfləri olacaq?
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Referans”-a açıqlamasında saatlıq əməkhaqqının mahiyyətindən danışıb.
“Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində tətbiq olunur. Düşünürəm ki, əməkhaqqılarının daha dəqiq hesablanması baxımından belə bir addımın atılması, əslində, reallıqdı. Əgər proses düzgün aparılarsa, saat hesabı hesablanma forması işçilərə daha çox töhfə verə bilər. Düşünürəm ki, bizdə qanunvericilikdə həftədə 40 saatdan artıq işləməyə icazə verilmir. Buna görə də hesab edirəm ki, bu formada saat hesabı əməkhaqqı bəlkə də bu əməkhaqqının daha dəqiq hesablanmasına gətirib çıxaracaq”.
Sosioloq Elçin Bayramlı isə bu sistemin əleyhinə olduğunu qeyd edib.
“Mən əməkhaqqıların bu sistemlə verilməsinin tərəfdarı deyiləm. Çünki bu, çalışan əhaliyə sərf etməyəcək. Bunun müsbət tərəflərindən çox mənfi tərəfləri ola bilər”.
Fidan Vəlisoy
