Azərbaycanda mövcud qanunvericiliyə əsasən,ünvanlı sosial yardımı alan ailələrdə 1 yaşınadək uşaqlar üçün aylıq 140 manat məbləğində müavinət nəzərdə tutulub. Bu vəsait uşağın 1 yaşı tamam olan ayın sonunadək ödənilir.
Bəs hansı istisna hallarda Azərbaycanda ailələrin uşaq pulu alması mümkündür?
Mövzuyla bağlı Sosial ekspert Sahib Məmmədov REFERANS-ın suallarını cavablandırıb:
İlk olaraq Sahib Məmmədov bildirib ki, beynəlxalq praktikada uşaqlara yönələn müavinəti təxminən üç qrupa bölmək olar. Birinci, imtiyaza görə, yəni imtiyazlı kateqoriyaya aid olan ailələrin uşaqları. Misal olaraq imtiyazlı ailə şəhid ailələri nəzərdə tutulur. İkinci, sağlamlığa görə, yəni uşaqların əlliyi varsa o zaman verilir. Üçüncü, demokrafiq vəziyyətə görə, yəni doğuşu stimullaşdırmaq məqsədiylə. Bizdə isə qeyd edilən üç növdən ikisi mövcuddur. Həm sağlamlığa görə həm də, imtiyaza görə müavinət növləri var. Müavinətin özünün isə iki növü var. Birincisi, aylıq ödənişlər şəkilində. İkincisi, birdəfəlik ödənişlər. Məsələn, birdəfəlik ödənişlərə uşaq doğularkən verilən müavinəti qeyd edə bilərik. Ümumiyyətlə, Azərbaycanda 11 növ uşaq müavinəti var. Lakin bir demokrafiq vəziyyətlə əlaqədar müavinət yoxdur. Bu isə adətən o ölkələrdə olur ki, orda hər min nəfər əhaliyə artım aşağıdır. Məsələn, Macarıstanda hər il 1000 nəfər əhaliyə 7 nəfər azalır, Rusiyada bu hal neçə illərdən sıfır həddinə çatdırılmışdır ki, indi isə aşağı düşür. Azərbaycanda isə yaxın illərə qədər hər 1000 nəfərə 8,9 nəfər qədər artım müşahidə edilirdi indi isə bu 3 və 4 nəfərə qədər düşüb. Bu məsələlərə və demokrafiq vəziyyətə görə ünvanlı uşaq pulu sisteminə keçirilib və 2006-cı ildən təkcə uşaq müavinəti yox həm də, böyüklər üçün müavinət sisteminə keçirilib bunun adı isə ünvanlı dövlət sosial yardımı olaraq deyilir. Əgər ailədə 1 yaşınadək uşaq olarsa hər uşağ üçün müavinət verilir və həcmi isə qeyd edildiyi kimi 140 manatdır. Əkiz uşaq olarsa bu göstərici 280 manat olacaq.
Daha sonra ekspert vurğulayıb ki, mənim fikrimcə bu doğrudur ki, müavinətlər ünvanlı olsun. Çünki, elə şəxslər var ki, şirkət rəhbəridir 30 və yaxud 40 min maaş alır yaxud deputatları götürsək maaşları 7 minə çatır və.s şəxslər var ki, əmək haqları yüksək səviyyədədir. Buna görə də hesab edirəm ki, mövcud müavinət sistemi təkmilləşdirilməlidir.
“Əmək Əhalinin Müdafiə Nazirliyi çoxsaylı indekatorlar hazırlayıb və bu yəni ki, maksimum çalışırlar ki, ünvanlılıq təmin edilsin. Qeyd etmək olar ki, 1 yaş həddinin dəyişməsi də çox yaxşı olardı və ekspert bildirib ki, mənim fikirimcə bu göstərici 3 yaş olarsa daha yaxşı olardı”-deyə Sahib Məmmədov əlavə edib.
Ləman Xalıqova Referans Media
