DİQQƏT: Kartınız təhlükədədirsə, bu düyməni dərhal basın!

Bankomatlardakı qırmızı “İmtina” düyməsinin gizli təhlükəsizlik funksiyası açıqlanıb.

Referans Media xəbər verir ki, kibertəhlükəsizlik və bankçılıq sahəsi üzrə ekspertlər bu düymənin kart oğurluğu və sistem nasazlıqları zamanı mühüm rol oynadığını bildiriblər.

Qeyd olunur ki, müasir bankomatlarda proqram yenilənməsi və ya yüksək əməliyyat sıxlığı səbəbindən ekran donmaları baş verə bilər. Belə hallarda sensor ekran istifadəçinin əmrlərinə cavab vermir və əməliyyat yarımçıq qalır.

Məhz bu anda qırmızı “İmtina” düyməsi sistemi mexaniki şəkildə dayandıraraq kartın təhlükəsiz şəkildə geri qaytarılmasını təmin edə bilər.

Ekspertlər bildirirlər ki, bu düymə birbaşa bankın mərkəzi sisteminə qoşulduğu üçün istifadəçi onu basdığı anda əməliyyatın dayandırılması barədə xüsusi qeyd – “error log” yaradılır.

Bu isə sonradan kartın bankomatda qalması, pulun verilməməsi və ya digər problemlərlə bağlı banka edilən müraciətlər zamanı vacib texniki sübut hesab olunur.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər həmçinin kart köçürmə cihazları və gizli kameralarla bağlı şübhə yarandıqda da dərhal qırmızı düymədən istifadə etməyi tövsiyə edirlər.

Onların sözlərinə görə, bankomatda qəribə qurğu, şübhəli kamera və ya təhlükəli vəziyyət hiss edilərsə, vaxt itirmədən əməliyyatı dayandırmaq kart və hesab təhlükəsizliyi üçün ən düzgün addımlardan biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki