Bakı şəhəri, Xətai rayonunda içməli suyun verilişində fasilə yaranacaq.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
