Dünya etiraz etdi, Milei Netanyahunu belə TƏRİFLƏDİ

Argentina Prezidenti Xavyer Milei BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Referans Media xəbər verir ki, təxminən 20 dəqiqə davam edən qapalı görüşdə Milei Netanyahunu “dünya tarixinin ən böyük liderlərindən biri” adlandırıb.

Netanyahu isə Mileinin iqtisadi siyasətini yüksək qiymətləndirərək Argentinada həyata keçirdiyi dəyişiklikləri “ustalıq əsəri” kimi xarakterizə edib. İsrail Baş nazirliyinin görüşdən sonra yaydığı açıqlamada Netanyahu Mileiyə İsrailə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Tərəflər Argentina-İsrail münasibətləri, İsrailin Latın Amerikası ölkələri ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığı, Yaxın Şərqdəki vəziyyət və Malvinas (Falkland) adaları məsələsini müzakirə ediblər.

Görüş Netanyahuya BMT Baş Assambleyasında çıxışı zamanı bir sıra ölkə nümayəndə heyətlərinin etiraz olaraq zalı tərk etməsindən sonra baş tutub.

Mileinin İsrailə dəstəyi Nyu-Yorkdakı digər görüşlərində də gündəmə gəlib. Argentina prezidenti Yəhudi xalqına dəstəyi və antisemitizmlə mübarizədə mövqeyinə görə “Ohev Yisrael” mükafatına layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki