Hindistan ordusu Ermənistanda – təlimlər nəyin HAZIRLIĞI?

Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edir.

Referans Media xeber  ki, “Indian Defense Times” qəzetinin məlumatına görə , Hindistan əsgərləri Ermənistan ərazisində birbaşa "Akaş" hava hücumundan müdafiə sisteminin istismarı ilə bağlı erməni hərbçiləri üçün xüsusi təlimlər keçir.

Hindistan 8,52 milyard dollar dəyərində silah alır

“Akaş” sistemi üzrə erməni heyətinə təlim keçmək üçün hind zabitlərinin göndərilməsi iki ölkənin silahlı qüvvələri arasında əməliyyat əməkdaşlığının genişlənməsinin sübutudur. Təlim sistemin imkanlarının, əməliyyat prosedurlarının, texniki xidmətinin və taktiki istifadəsinin öyrənilməsini əhatə edir. “Akaş” sistemi, təyyarələr, helikopterlər, dronlar və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı müdafiə üçün hazırlanmış orta mənzilli mobil zenit-raket sistemidir.

Qeyd edək ki, son illərdə Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq genişlənir, hərbi texnikanın təchizatı, hərbi personalın təlimi, hərbi mübadilə təlimləri əhatə edir. Erməni zabitləri əvvəllər Hindistanda təlim keçiblər. Bundan əlavə, Ermənistan Hindistanın “Tarang Şakti” çoxmillətli aviasiya təlimlərində müşahidəçi kimi iştirak edib. Beləliklə, iki ölkə arasında qarşılıqlı əlaqə silah alışı çərçivəsindən kənara çıxır və daha geniş hərbi-texniki və əməliyyat əməkdaşlığını əhatə edir.

Ümumiyyətlə, Hindistan, Fransa, Yunanıstan, Cənubi Kipr Ermənistanı postmüharibə dövründə silahlandırmağı genişləndirib. Hind generalların İrəvana səfərləri, erməni müdafiə nazirinin Yeni Delhini ziyarəti hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə hesablanıb. Halbuki İrəvan sülhdən danışır və müharibəni istisna edir. Lakin müntəzəm olaraq silahlanma müşahidə olunur. Hindistanın da bu siyasətdə yer alması göstərir ki, Ermənistan ordusuna yeni silahların verilməsi onun gələcəkdə güclənməsi məqsədi daşıyır.

Hindistan'dan Ermenistan'a hava savunma sistemi tedariki | DefenceTurk

Yada salaq ki, Ermənistan Hindistanla 3,5–4 milyard dollarlıq tarixi silah müqaviləsi bağlamağa hazırlaşır. Paketə Su-30MKI tipli çoxmilliq döyüş təyyarələrinin daxil olması xüsusi diqqət çəkir. "HAL" şirkətinin məlumatlarına uyğun olaraq bu təyyarələr Hindistanın istehsalı olan AESA radar sistemi, hava-hava tipli “Astra” raketləri və DRDO-nun radioelektron mübarizə avadanlığı ilə təchiz oluna bilər.

Habelə, Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhani bu il fevralın 1-də Ermənistana rəsmi səfər edib. Hindistan 2022-2024-cü illər arasında istehsal etdiyi bütün silahların 43%-ni Ermənistana satıb. Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti - "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" haubitsaları, “MArG 155” özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Maraqlı məqam odur ki, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür. “The Hindu Business Line” xəbər vermişdi ki, Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki