Dünya tarixində ilk: sərvəti 1 trilyon dolları keçən şəxs ortaya çıxdı

Dünyanın ən varlı adamı hesab edilən İlon Mask tarixdə ilk dəfə sərvətini 1 trilyon dollar həddini aşdıraraq yeni rekord müəyyənləşdirib.

Referans Media xəbər verir ki, məlumata görə, bu göstəriciyə çatmasında əsas rol SpaceX şirkətinin birjaya çıxması olub. İyunun 11-də keçirilən IPO zamanı şirkət 75 milyard dollar investisiya cəlb edib ki, bu da Maskın şirkətdəki payının dəyərini əhəmiyyətli dərəcədə artırıb.

Bildirilir ki, sahibkarın sərvəti artıq bir çox ölkələrin ümumi daxili məhsulunu və dövlət büdcələrini üstələyən həddə çatıb. Bununla da o, ən yaxın rəqiblərini böyük fərqlə geridə qoyub.

Məqalədə vurğulanır ki, İlon Mask texnologiya, kosmik sənaye və innovativ layihələr hesabına trilyon dollarlıq sərvətə çatan ilk insan kimi tarixə düşüb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki