Niderlandda fəaliyyətə başlayan dünyanın ilk heyvansız “ferması” böyük maraq və müzakirələrə səbəb olub.
Referans Media milliaz-a istinadən xəbər verir ki, layihə çərçivəsində ət ənənəvi heyvandarlıq yolu ilə deyil, xüsusi bioreaktorlarda inək hüceyrələrindən yetişdirilir. Mütəxəssislərin sözlərinə görə, bu üsulla əldə edilən məhsulu görünüş, dad və quruluş baxımından təbii ətdən fərqləndirmək olduqca çətin olacaq.
Layihə rəhbərləri 2028-ci ildən etibarən tammiqyaslı istehsala başlamağı planlaşdırdıqlarını açıqlayıblar.
Yenilik sosial şəbəkələrdə və ictimaiyyətdə fərqli reaksiyalar doğurub. Bəzi şəxslər bunu qida sənayesində inqilabi addım kimi qiymətləndirərkən, digərləri laboratoriyada yetişdirilən ətin gələcəkdə ənənəvi məhsulları əvəz edib-etməyəcəyi ilə bağlı suallar səsləndiriblər.
Heyvansız ət istehsalı ilə bağlı bu layihə dünyanın müxtəlif ölkələrində maraqla izlənilir və gələcəyin qida texnologiyalarından biri kimi dəyərləndirilir.
