Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi

Malayziyada bir kişinin həyat yoldaşına etdiyi qeyri-adi hədiyyə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Referans Media  xəbər verir ki, məlumata görə, o, övlad dünyaya gətirən həyat yoldaşına təşəkkür etmək və minnətdarlığını göstərmək üçün bahalı sürpriz hazırlayıb.

Kişi xanımına lüks "Ferrari" avtomobili hədiyyə edib.

Hədiyyənin təqdim olunduğu anlar lentə alınaraq internetdə paylaşılıb. Görüntülərdə qadının sürpriz qarşısındakı təəccübü və sevinci diqqət çəkib.
 

Paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İstifadəçilər arasında hədiyyəni romantik jest kimi qiymətləndirənlər də olub, onu həddindən artıq dəbdəbəli hesab edənlər də.


Sosial şəbəkələrdə geniş müzakirə olunan hadisə bir daha bahalı hədiyyələrin və ailədaxili jestlərin gündəmə çevrilməsinə səbəb olub. (Milli.Az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki