Əhaliyə vacib XƏBƏRDARLIQ: Bu kodu tanımadığınız şəxsə verməyin! 

  “Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur”.

Referans.az  xəbər verir ki, bu barədə DİN-in müraciətində bildirilib.

“Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir.

Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın.

Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır.

Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki