Ələkbərov Tokayevə bu yataqlarla bağlı məlumat verdibackend

Ələkbərov Tokayevə bu yataqlarla bağlı məlumat verdi

  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Lukoyl” neft şirkətinin təsisçisi və əsas səhmdarlarından biri olan Vahid Ələkbərovla görüşüb.

Referans “Report”a istinadən xəbər verir ki, görüş zamanı K.Tokayev “Lukoyl” şirkətinin Qazaxıstandakı cari fəaliyyətinin nəticələri, həmçinin qarşıdakı dövr üçün planlar barədə məlumatlandırılıb. Xüsusilə, dövlət başçısına “Kalamkas-Dəniz” və “Xəzər” yataqlarının işlənməsi üzrə birgə layihənin həyata keçirilməsinin gedişatı haqqında məlumat verilib.

Bu yataqların işlənməsi layihəsi 2022-ci ildə start götürüb, ilk neft hasilatının isə 2028-ci ildə gözlənildiyi bildirilib.

“Kalamkas-Dəniz” və “Xəzər” yataqlarının ümumi proqnozlaşdırılan ehtiyatları təxminən 81 milyon ton neft və 22 milyard kubmetr qaz təşkil edir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki