Elektrikli çaydanlarla bağlı şok iddia – Sağlamlığa zərər verə bilər

Mütəxəssislər plastik elektrik çaydanlarının sağlamlıq üçün risk yarada biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Aparılan araşdırmalara görə, plastik hissələrə malik su qızdırıcıları qaynar suya milyonlarla mikroplastik və nanoplastik hissəcik buraxa bilər.

Kvinslend Universitetinin araşdırmasına əsasən, yeni plastik çaydanın ilk istifadəsində bir fincan suda milyardlarla mikro və nanoplastik hissəcik aşkar olunub. İstifadə müddəti artdıqca bu göstərici azalsa da, tam yox olmur.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur plastikdən suya daha çox zərərli maddənin keçməsinə səbəb olur. Mikroplastiklərin insan orqanizminə uzunmüddətli təsiri tam öyrənilməsə də, ehtiyatlı olmaq tövsiyə edilir.

Alternativ olaraq paslanmayan polad, şüşə və keramika materialından hazırlanan çaydanların daha təhlükəsiz olduğu vurğulanır. Bundan əlavə, plastik termos və isti içki qablarından da uzaq durmaq məsləhət görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki