ABŞ-də St. Olaf College alimləri elektrik enerjisinə ehtiyac duymayan yeni tip hesablama sistemi hazırlayıblar. Tamamilə mexaniki hissələrdən – yaylar və çubuqlardan ibarət bu sistem xarici enerji olmadan işləyə bilir.
Tədqiqata rəhbərlik edən Joey Paulsen bildirib ki, bəzi materiallar onlara təsir edən qüvvələri “xatırlaya” bilir. Alimlər bu xüsusiyyətdən istifadə edərək sadə hesablamalar aparan mexaniki qurğular hazırlayıblar.
Bu texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, batareya tələb etmir və yüksək təzyiq, radiasiya kimi çətin şəraitlərdə belə işləyə bilir. Gələcəkdə onun sənayedə, sensorlarda və hətta “ağıllı” protezlərin hazırlanmasında tətbiqi planlaşdırılır.
Araşdırmalar davam edir və məqsəd bu mexaniki sistemləri daha mürəkkəb hesablama imkanlarına malik səviyyəyə çatdırmaqdır.























