Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.
Referans Media bildirir ki, Oxu.Az-ın məlumatına görə, Ali Məclisə bununla bağlı Naxçıvan Mərkəzi Seçki Komissiyasının müraciəti daxil olub.
Məlumata əsasən, komissiya üzvü Elşən Sadıq oğlu Heydərli vəzifəsindən vaxtından əvvəl azad olunması barədə ərizə ilə müraciət edib.
Ali Məclis Elşən Heydərlinin komissiya üzvlüyündən azad olunması barədə məsələyə baxıb və onu vəzifəsindən azad edib.
