Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
Referans-ın xəbərinə görə, bu barədə “SHOT” yayıb.
Məlumata görə, İbrahimov bu gün Moskvadakı Şeremetyevo hava limanından növbəti reyslə Bakıya yola salınır.
Rusiya tərəfi qeyd edib ki, deportasiya qərarının səbəbi onun Rusiya ərazisində qalma qaydalarını pozmasıdır. Bu səbəbdən Elşən İbrahimov Rusiya vətəndaşlığından da məhrum edilib.
Diaspor rəhbəri Azərbaycana qayıtdıqdan sonra məsələ ilə bağlı ətraflı şərh verəcəyini bildirib.