Gəlinlərin qorxulu yuxusuna çevrilən, evdə nizam-intizamı və avtoriteti ilə seçilən xüsusi bürclər var.
Referans Media xəbər verir ki, astrologiyaya görə bəzi qayınanalar mükəmməllik həvəsi və hər şeyi idarə etmək arzusu ilə münasibətləri sınağa çəkir.
Hər detala nəzarət edən Qızlar
Qız bürcü olan qayınananın gözündən heç nə qaçmır. Evdəki toz dənəsindən tutmuş mətbəx şkafındakı düzənə qədər hər şey onun nəzarəti altındadır. Tənqidi yanaşması ilə tanınan bu bürclər hər işə qarışmağı çox sevir. Onlar üçün kifayət qədər təmiz anlayışı yoxdur. Bu xüsusiyyət azadlığına düşkün gəlinlər üçün ciddi təzyiq yarada bilər.
Paylaşmağı sevməyən Əqrəblər
Əqrəb bürcü qayınana olanda oğlunu paylaşmaq məsələsində çətinlik çəkir. Olduqca intuisiyalı olan Əqrəblərdən nəsə gizlətmək demək olar ki qeyri-mümkündür. Onlar etibar etdikləri şəxsə ən böyük dəstəkçi olsalar da avtoritetlərinin sarsıldığını hiss etdikdə vəziyyət dəyişir. Səssiz amma dərindən gələn strateji addımları ilə həyatı çətinləşdirə bilərlər.
Qayda-qanun aşiqi Oğlaqlar
Oğlaq bürcü qayınananız varsa ailə iyerarxiyasına və ənənələrə sonsuz hörmət göstərməlisiniz. Ciddi və məsafəli duruşu ilə seçilən Oğlaqlar hisslərini asanlıqla büruzə vermir. Onların rəğbətini qazanmaq üçün ideal gəlin obrazına uyğunlaşmaq lazımdır. Evdə qaydaları o müəyyənləşdirir və bu çərçivədən kənara çıxılmasına xoş baxmır. (Demokrat.az)






















