Astroloji yanaşmalara görə, bəzi bürclərin yüksək özünəinamı və qətiyyətli davranışları ətrafdakılar tərəfindən bəzən yanlış anlaşılır.
Bu xüsusiyyətlər əslində güclü xarakterin göstəricisi olsa da, müəyyən situasiyalarda soyuqluq və ya təkəbbür kimi dəyərləndirilə bilər. Araşdırmalara əsasən, bu cür təsir yaradan bürclər daha çox liderlik meyilli, müstəqil və prinsipial xarakterləri ilə seçilirlər.
Referans Media bu bürcləri təqdim edir:
Diqqət mərkəzində olmağı sevən Şir bürcü, xüsusilə daxili balans pozulduqda özünü fərqli və seçilmiş hiss etməyə meyllidir. Tənqidə qarşı həssaslıq isə onların müdafiə mexanizmi kimi çıxış edir.
Oğlaq
Planlı və strateji düşüncəsi ilə seçilən Oğlaqlar, bəzən emosional məsafə saxladıqları üçün soyuq kimi görünə bilirlər. Öz qərarlarına güvənləri isə başqaları tərəfindən üstünlük hissi kimi qəbul oluna bilər.
Detallara həddindən artıq diqqət və mükəmməllik istəyi Qız bürcünü daha tənqidi edir. Onların yaxşı niyyətlə dediyi fikirlər belə bəzən sərt və tələbkar ton kimi anlaşılır.
Sürətli qərar vermə və liderlik xüsusiyyətləri Qoç bürcünü dominant göstərir. Bu isə bəzən başqalarının fikirlərinə məhəl qoymamaq kimi qiymətləndirilir.
Dolça
Qeyri-ənənəvi düşüncə tərzi ilə seçilən Dolçalar, fərqli baxışlarını üstün tutduqları üçün emosional məsafə yarada bilirlər. Bu da onların intellektual təkəbbürlü kimi görünməsinə səbəb ola bilər.
