Epşteynin Nyu-Yorkda qaldığı mənzilin təhlükəsizlik sisteminin İsrail hökuməti tərəfindən qurulduğu iddia edilib.

ABŞ-da yetkinlik yaşına çatmamış qızlara qarşı cinsi istismar şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin Nyu-Yorkdakı mənzilinin təhlükəsizlik sisteminin İsrail hökuməti tərəfindən qurulduğu iddia edilib.

Referans Media Drop Site News-a istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyinin yayımladığı e-poçtlara istinadən verdiyi məlumata görə, təhlükəsizlik avadanlıqları 2016-cı ildə Manhettendə yerləşən və İsrailin sabiq baş naziri Ehud Barakın da tez-tez qaldığı binada quraşdırılıb. Yazışmalarda Epşteynin quraşdırmanı təsdiqlədiyi və İsrail rəsmiləri ilə əlaqələrə icazə verdiyi bildirilir.

Məlumata görə, binadakı mənzillər Epşteynlə əlaqəli şəxslərə kirayə verilib. Barak–Epşteyn əlaqəsi ilk dəfə 2019-cu ildə mediada gündəmə gəlmişdi.

Lamiyə Taciyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki