Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı Yasin Çakmak həbs olunub.
Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib.
O bildirib ki, Y.Çakmak həyat yoldaşı Fatma Çelikə qarşı məişət zorakılığı zəminində “qəsdən xəsarət yetirmə” ittihamı ilə məhkəməyə çıxarılıb:
“Məhkəmənin qərarı ilə Y.Çakmak barəsində həbs qətimkan tədbiri seçilib”.























