Sözügedən cinayət işinin açılması istintaqçıların 7 ilini alıb. Çünki cinayətkarlar hadisəni elə planlayıb ki, diqqət onların üzərində cəmlənməyib. Bu amansız qətl hadisəsi uzun müddət qadının soyuqqanlı ifadələri ilə gizli qala bilib.
İstintaqla müəyyən edilir ki, 2019-cu ilin fevralında Araz Sofiyev rəsmi nikahda olduğu Rənanın ailəvi dostları olan Mehman Hüseynovla intim münasibətdə olduğunu öyrənib. Bunu öyrənən kimi həmin münasibət barədə valideynlərinə məlumat verib boşanacağını deyib. Elə həmin gün də Arazın yataq otağında arvadı ilə deyil, qonaq otağında tək yatmasının səbəbi isti yox, aralarındakı münasibətin pozulması olub.
Rəna isə tezliklə anasının, qardaşlarının və yaxınlarının yanında biabır olacağını düşünərək Arazı öldürmək qərarına gəlib. Bu barədə düşünən Rəna müxtəlif planlar qurmağa başlayıb. Hüquq mühafizə orqanlarının gözündə məsum görünmək üçün yetərincə inandırıcı bir ssenari üstündə dayanıb. 2019-cu il iyulun 7-sində gecə saat 24 radələrində evə qayıdan Araz Sofiyevə Fenotiazin tərkibli kimyəvi psixatrop maddəni qidayla birlikdə verib. Xəbərsiz şəkildə maddəni qəbul edən Araz halsız vəziyyətə düşüb.
Ərinin müqavimət göstərmək qabiliyyətinin itdiyinə əmin olduqdan sonra gecə saat 02:45-də mənzilin giriş qapısını açaraq kənar şəxsi və ya şəxsləri içəri buraxıb. Həmin şəxslərə qoşularaq tərpənməyə taqəti qalmayan ərinə qarşı müstəsna qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla öz ərini xüsusi amansızlıqla qətlə yetirib.
Daha ətraflı videoda: