Ermənistan Azərbaycana bu məhsulları ixrac edə bilər

Azərbaycan Ermənistandan alüminium folqa idxal edə bilər.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, konkret olaraq alüminium folqa ilə bağlı müraciət olub:

“Azərbaycan tərəfi müəyyən qalınlıqda folqaya maraq göstərərək qiymət, həcm və çatdırılma müddəti barədə sorğu göndərib. Ermənistan istehsalçısı bu məlumatları təqdim etsə də, hələlik qarşı tərəfdən cavab alınmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki