Ermənistan Azərbaycana mal ixrac edəcək

Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib.

O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir:

“Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsasında müəyyən edilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki