image-ser47backend

Ermənistan İcevan-Qazax istiqamətində hərəkətlilik

Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Qazax istiqamətində yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bəyan edib.

Referans Media  xəbər verir ki, İrəvanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı konfransda çıxış edən Paşinyan maraqlı məqamlara toxunub.

O bildirib ki, Ermənistan-Türkiyə sərhədində yerləşən bəzi keçid məntəqələrində körpülərin tikintisinə ehtiyac yaranacaq.

“Yəqin ki, Armavir vilayətindəki ‘Marqara’ sərhəd-keçid məntəqəsində və Şirakdakı ‘Axurik’ keçid məntəqəsində körpülər inşa olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.

 

O, həmçinin bu ərazilərdə və Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində gömrük və sərhəd terminallarının qurulmasının vacibliyini dilə gətirib. Baş nazir İcevan-Qazax istiqamətində də yeni infrastruktur həllərinin mümkünlüyünü istisna etməyib.KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki