Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı diqqət çəkib.
Referans Media xəbər verir ki, o, 63 ölkə vətəndaşı olan bir şəxsin baş nazirliyə iddia etdiyini bildirib.
“O adam baş nazir olacağına əmindir. Amma nə seçkilərdə iştirak edir, nə baş nazirliyə namizəddir, nə də deputatdır. Buna baxmayaraq qələbəsinə arxayındır”.
N.Pşainyan qeyd edib ki, belə şəxslər bir dəfə belə xalqa istinad etmirlər:
“Sadəcə xalqın onlara səs verəcəyinə əmin olduqlarını bəyan edirlər”./Globalinfo.az






















