Ermənistanla bağlı ŞOK AÇIQLAMAbackend

Ermənistanla bağlı ŞOK AÇIQLAMA

  Ermənistanın dövlət borcu 2018-ci ildən bu yana 80% artıb, lakin “ikiqat olmayıb”.

Referans.az  xəbər verir ki, bu açıqlamanı parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Vahe Ovannisyan səsləndirib.

Erməni nazir yerli müxalifətin tənqidinə cavab olaraq bildirib ki, əgər hökumət xərcləri 2018-ci ilin səviyyəsinə endirsəydi, dövlət borcunu cəmi il yarım ərzində ödəyə bilərdi:

“2018-ci ildən yığılan borcu ödəməyə qərar versək, dövlət xərclərini 58% azaltmalı olarıq”.

Ovannisyan əlavə edib ki, bu halda müdafiə xərcləri 65%, təhsil 60%, sosial sahə 54% azalardı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki