Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

Zeytun yağının təmiz olub-olmadığını anlamağın bəzi yolları var.

1. Etiketi yoxlayın

– Turşuluq səviyyəsi %0.8-dən aşağı olmalıdır.

– Etiket üzərində istehsalçı, mənşə, yığım və dolum tarixləri açıq göstərilməlidir.

– “Rafinə”, “qarışım” və ya “pomace” ifadələri varsa, bu həqiqi zeytun yağı deyil.

2. Qoxlayın və dadın

– Həqiqi zeytun yağı təzə ot, badam, yaşıl alma və ya ənginar qoxularını xatırladır.

– Qoxusuz və ya boya kimi qoxan məhsullar adətən emal olunmuş yağlardır.

– Boğazda yüngül yanma hissi yağın polifenol zənginliyini göstərir.

3. Soyuqda donma testinə aldanmayın

– “Həqiqi zeytun yağı soyuducuda donar” məlumatı həmişə doğru deyil.

– Donma nöqtəsi zeytun növünə, polifenol tərkibinə və istehsal prosesinə görə dəyişir.

4. Rənginə baxmayın, mənbəyinə güvənin

– Zeytun yağının rəngi açıq yaşıl, sarıya yaxın da ola bilər.

– Rəng zeytun növü və yığım zamanına bağlıdır, keyfiyyət göstəricisi deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki