Evlərə bu yolla girib 25 min manat oğurlayan şəxs tutuldu – VİDEO

Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.

Referans Media  xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki