image-sokuntu-1backend

Evləri plana düşənlərə buna görə əlavə kompensasiya veriləcək

Şəhərsalma və infrastruktur layihələrinin genişlənməsi fonunda paytaxtda və regionlarda evlərin plana düşməsi halları son illər daha da artıb. Xüsusilə, yol çəkilişi, yeni yaşayış komplekslərinin və sosial obyektlərin inşası zamanı onlarla, bəzən yüzlərlə fərdi yaşayış evi sökülür. Bu proses isə vətəndaşlar üçün ən həssas suallardan birini gündəmə gətirir: sökülən evlərə görə ödənilən kompensasiya hansı meyara əsasən hesablanır.

Yəni çıxarışda göstərilən sahəyə, yoxsa faktiki istifadə olunan yaşayış sahəsinə görə kompensasiya ödənilməlidir?

Referans Media  xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, söküntü zamanı əsas meyar yaşayış sahəsidir.

Onun sözlərinə görə, evlər sökülərkən yalnız çıxarışda qeyd olunan sahəyə deyil, faktiki yaşayış sahəsinə də baxılır:

“Əgər həmin sahə rəsmi çıxarışda göstərilməsə belə, artıq yaşayış sahəsi kimi istifadə olunursa və bu statusu təsdiqlənirsə, həmin hissəyə görə də müəyyən kompensasiyalar ödənilir”.
Hüquqşünas vurğulayıb ki, kompensasiyanın məbləği və əhatə dairəsi müvafiq dövlət qurumlarının qərarları, eləcə də obyektin faktiki vəziyyəti əsasında müəyyənləşdirilir. Bu baxımdan, hər bir hal fərdi qaydada qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki