FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

TƏBİB Kürdəmirdə baş verən ağır yol qəzasında ölən sürücü ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, saat 13:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) həyat əlamətləri olmadan (ölü vəziyyətdə) gətirilib. Müayinələr nəticəsində bioloji ölüm halı təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki