Fahrettin Altun sui-qəsd cəhdinə görə işdən çıxarılıb? – Altaylıdan şok iddia backend

Fahrettin Altun sui-qəsd cəhdinə görə işdən çıxarılıb? – Altaylıdan şok iddia 

  Türkiyədə “Prezidenti hədələmək” ittihamı ilə həbs edilən jurnalist Fatih Altaylı həbsxanadan yazdığı məktubda Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun vəzifəsindən azad edilməsi ilə bağlı iddia irəli sürüb.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Altaylı Ankara kulislərindən aldığı məlumata əsaslanaraq Altunun AKP-nin tanınmış simasına qarşı sui-qəsd hazırladığını iddia edib.

Altaylının sözlərinə görə, Altun AKP-nin tanınmış simasını hədəfə almağa cəhd edib. Bu hadisənin üstü açıldıqdan sonra o, vəzifəsindən azad edilib.

Altaylının iddiasına görə, Altunun bu şəxsə qarşı sui-qəsd cəhdi sənədləşdirilib və prezident Ərdoğana təqdim edilib. Ərdoğan vəziyyəti öyrəndikdən sonra Altun vəzifəsindən azad edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun yerinə Xarici İşlər Nazirinin müavini Prof. Dr. Burhanəddin Duranı təyin edib. Fahrettin Altun isə Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının (TİHEK) rəhbəri təyin edilib.

Altaylı Fahrettin Altun və Berat Albayrak arasındakı problemlərə də toxunub. Altunun sosial şəbəkələrdə Albayrakın istefası ilə bağlı xəbərlərin yayılmasının qarşısını aldığı iddia edilib. Bundan əlavə, onun sosial media hesablarını da Albayrakın əleyhinə yönəltdiyi bildirilirdi.

Vəzifəli şəxs sui-qəsd cəhdinə görə işdən çıxarılmasından sonra başqa vəzifəyə təyin edilməsi bir az şübhəli görünür. Belə ağır əmələ təşəbbüsə görə həmin şəxs haqqında cinayət işi açılar, istintaq edilərdi. Ona görə də Fatih Altaylının bu iddiası inandırıcı görünmür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki