image-yolqarli7-768x403-1backend

Faktiki hava – BU ƏRAZİLƏRƏ QAR YAĞIR

Tovuz rayonunun dağ kəndlərinə qar yağır.

Referans Media  “Qafqazinfo”ya istinadən xəbər verir ki, qar əsasən Çeşməli və Sarıtala kəndlərində müşahidə olunur.

Yağıntı təxminən 10-15 sm civarındadır.

Kəndlərdə hər hansı problem yaranmayıb. Elektrik və mavi yanacağın verilişi davam edir.

Qeyd edək ki, sonuncu dəfə aprel ayında bu kəndlərə 7 il əvvəl qar yağmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki