Fevralda yaz havası neçə gün davam edəcək?

Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.

Referans Media  xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək:

“Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 14-ü axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 16-da yenidən cənub-qərb küləyi güclənəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq”.

Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrdə də yaxın günlərdə hava əsasən yağmursuz keçəcək:

“Lakin fevralın 14-ü və 15-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki