FHN barmağında üzük sıxılıb qalan şəxsə köməklik etdi

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.FHN-dən Referans-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki