Fransada etirazlar futbol təqviminə təsir etdi

Fransa Liqa 1-də “Tuluza” ilə “Trua” komandaları arasında keçirilməsi planlaşdırılan qarşılaşmanın tarixi dəyişdirilib.

Referans Media xəbər verir ki, qərara səbəb ölkədə baş tutan etiraz aksiyaları olub.

Oktyabrın 24-nə təyin edilən matç bir gün sonraya, oktyabrın 25-nə keçirilib.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyalarında iştirak edənlərin sayının təxminən 550 min nəfər olduğunu açıqlayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki