Futbol azarkeşlərini daşıyan avtobus yandı

“Mançester Siti” futbol klubunun azarkeşlərini daşıyan avtobus yanıb.

Referans Media  xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Bildirilib ki, onlar İngiltərə Liqa Kubokunun finalında “Arsenal”la keçiriləcək oyuna gedirdilər.

Hadisə Uorvikşir qraflığında yerləşən M6 avtomagistralında baş verib.

Məlumata görə, bütün sərnişinlər və sürücü vaxtında təxliyə olunub, xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki