Futbol tarixində ilk: Ana və oğul dünya çempionatında oynadı

2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan İran – Yeni Zelandiya matçında unikal hadisə qeydə alınıb.

Referans Media oxu.az-a istinadən xəbər verir ki, futbol tarixində ilk dəfə olaraq həm ana, həm də oğul dünya çempionatlarında iştirak ediblər. Söhbət Yeni Zelandiyadan olan Cenni və Tayler Bindonlardan gedir.

Yeni Zelandiyanın keçmiş qadın futbolçusu Cenni Bindon ölkə yığmasının heyətində 77 oyun keçirib, 2007-ci və 2011-ci illərin dünya çempionatlarında, eləcə də 2012-ci il Olimpiadasında çıxış edib. Bu gün, iyunun 16-da isə onun oğlu Tayler Bindon DÇ-2026-da debüt edib. Yeni Zelandiya kişi yığmasının müdafiəçisi İranla 1-ci turun qrup mərhələsi matçının (2:2) sonunda meydana daxil olub.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki