Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Referans Media xəbər verir ki , hadisə iyunun 13-də gecə saat 23 radələrində Fin qəsəbəsi ərazisində baş verib.
Belə ki, Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Bizim.Media
