Gənc astroloq mənzildə ÖLÜ TAPILDI – Onun başına nə gəlib? 

Muğlada tətil edən 34 yaşlı Saliha Kılıç qaldığı mənzildə ölü tapılıb. Astroloq olduğu təsbit edilən Kılıçın bədənində heç bir hücum və yara izi olmayıb.

Referans Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, otel işçiləri Karanfil küçəsindəki mənzildə qalan Kılıçın qaldığı mənzildən heç bir səsin gəlmədiyini  və pis qoxu hiss etdikdən sonra bu haqda səlahiyyətli qurumlara məlumat veriblər. Hadisə yerinə tibb və jandarma qrupları sövq edilib. Müayinədə Kılıçın öldüyü təyin olundu. Onun bədənində heç bir xəsarət və ya fiziki xəsarət izi aşkar edilməyib, cəsəd dəqiq ölüm səbəbi ilə bağlı Muğla Ədli Tibb Qurumuna aparılıb.  /haberglobal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki