Gənc şairin ölüm səbəbi açıqlandıbackend

Gənc şairin ölüm səbəbi açıqlandı

  Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Vətən müharibəsinin qazisi, şair Həsən Kürün (Zeynallı) ölüm səbəbi açıqlanıb.

Referans-ın məlumatına görə, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-də saat 22:00 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs aqonal vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Mənşəyi bəlli olmayan profuz qanaxma diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22:30 radələrində ölüm faktı qeydə alınıb”, – qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o, “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. O, uzun müddət xəstəxanada müalicə olunub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki