backend

Gəncədə 17 yaşlı yeniyetməyə xəsarət yetirən şəxs SAXLANILDI

Dünən Gəncədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

Referans Media  xəbər verir ki , Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat tədbirləri nəticəsində 2008-ci il təvəllüdlü Y. Dövlətiyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P. Verdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən bıçaqlanan 2008-ci il təvəllüdlü Yaşar Dövləti bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib, əməliyyata götürülüb, vəziyyəti orta-ağır qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki