image-photo_319633backend

Gəncədə evdə partlayış oldu, xəsarət alan var

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki