Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Moll”un qarşısı) daha bir yenilik edilib.
Referans xəbər verir ki, “Gənclik Moll”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.
Məntəqə “Gənclik Moll”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.
Xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.
AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.
Həmin görüntüləri təqdim edirik: