Goranboyda 30 yaşlı kişinin meyiti TAPILDI

Goranboy rayonunda yerli sakinin meyiti babasının yaşadığı evin həyətində tapılıb.

Referans Media  xəbər verir ki , hadisə yerində Tatarlı kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Məmmədovun meyiti aşkar olunub. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, mərhum ailəli olub və bir övladı yadigar qalıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır./Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki