Goranboyda ağır qəza – xəsarət alanlar var backend

Goranboyda ağır qəza – xəsarət alanlar var 

  Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Referans  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki