image-photo_308993backend

Goranboyda yıxılaraq başı betona dəyən qadın ÖLDÜ

Goranboyda bədbəxt hadisə baş verib.

Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki